16 Aprel 2015 19:22
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ferrari"dən ayrıldıqdan sonra komandanın performansının artması, yeni iş yeri - "Maklaren"in isə uğursuz çıxış etməsi səbəbindən Fernando Alonso tez-tez tənqidlərə məruz qalır.

Teleqraf.com xəbər verir ki, son olaraq "Sky Italia" müxbirlərindən Paola Salutsi atdığı tvitlə ("Yaddaşı geri qayıtdı və nə qədər paxıl biri olduğunu xatırladı. Axmaq") ispan pilotu təhqir etmişdi. Bunun ardından "Maklaren"in mətbuat katibi bəyanat yaymışdı. Məhz bu bəyanatın ardından Salutsi tviti silib.

"Maklaren"in yarış direktoru Erik Bulye tənqidlərə son qoymaq üçün bir daha Alonsonun komandada xoşbəxt olduğunu bildirib:

"Alonso "Maklaren"də xoşbəxtdi. Bunu neçə dəfə deməliyəm? İnsanlar aramızda problem yaratmaq istəyirlər. Ancaq bunu bacarmayacaqlar.

Burada 7 il öncə yarışsa da, komanda və ətrafındakılar hamısı dəyişib. Öyrəşmək zaman tələb edir. Komandadaxili atmosferdən çox razıyam. Getdikcə hər şey yaxşı olacaq".

Rüstəm


Müəllif:

Oxşar xəbərlər