18 Aprel 2015 11:00
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasının 1/4 finalının ilk oyununda səfərdə "Porto"ya 1:3 hesablı məğlubiyyət "Bavariya"da aranı qarışdırıb.

Teleqraf.com xəbər verir ki, 38 ildi Münhen klubunda həkim işləyən 72 yaşlı Hans Vilhem Müller-Volfart istefa verib.

"Əjdahalar"la oyunda zədə səbəbindən Aryen Robben, Frank Riberi, Mehdi Benatiya, David Alaba, Xavi Martines və Bastian Şvaynştaygerin xidmətindən yararlana bilməyən Pep Qvardiola məğlubiyyətdə komandanın həkimini günahlandırıb.

Vilhem Müller istefa qərarı ilə bağlı yazılı açıqlamasında qeyd edib: "Porto"ya məğlubiyyətdə komandanın tibbi heyəti günahlandırıldı. Lakin bu, qəbuledilməzdi. Uğur qazanmaq üçün güvənmək çox önəmlidi".

Müller Volfart 1977-ci ildən "Bavariya"da çalışırdı. Onun pasientləri arasında həmçinin Useyn Bolt, Boris Bekker və Andrea Petkoviç kimi şəxslər olub. O, həm də Almaniya millisinin baş həkimidi.

Bu istefadan sonra Qvardiolanın Bundesliqada Leverkuzen "Bayer"i ilə görüşdə Benatiyanın zədələndiyi epizodda tibbi personala qarşı etdiyi hərəkət gündəmi zəbt edib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər