18 Aprel 2015 12:07
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vest Hem”də icarə əsasında çıxış edən "Barselona"lı yarımmüdafiəçi Aleksandr Sonq karyerasını "İnter"də davam etdirə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə "Sport Mediaset" məlumat yayıb.

"Neradzurrilər" Sonqu bir illik icarəyə götürmək istəyir. Artıq tərəflər arasında danışıqlara start verilib.

Daha öncə xəbər verdiyimiz kimi, "Barselona"nın bir digər futbolçusu Pedro Rodriqes artıq "İnter"ə keçməyə razılıq verib. Transferin rəsmiləşməsi üçün geriyə klubların anlaşması qalır.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər