"Porto"nun "Bavariya"nı 3:1 hesabı ilə məğlub etməsinin ardından Pep Qvardiolanın ünvanına tənqidlərin sayı artmışdı.
Teleqraf.com xəbər verir ki, məşhur mütəxəssis mətbuat nümayəndələrin qarşısına çıxıb və komandanı tərk etməyəcəyini açıqlayıb:
"Növbəti mövsüm də "Bavariya"nı çalışdıracam. Çətinliklər müvəqqətidi. Bunları aradan qaldıracağıq".
Son olaraq 1977-ci ildən bəri klub həkimi olan Hans Vilhelm Müller-Volfart Qvardiolanın zədələrlə bağlı iradları səbəbindən öz istəyi ilə "Bavariya"nı tərk edib.
Rüstəm