“Mersedes”in pilotu Lyuis Hamilton SportsPro jurnalının seçiminə görə sponsorlar üçün ən cəlbedici idmançı seçilib.
“Formula 1” mövsümünün hazırki lideri bu mübarizədə Kriştiano Ronaldo , Lionel Messi, Useyn Bolt və MotoGP çempionu Mark Markesi qabaqlayıb.
Teleqraf.com xəbər verir ki, “Formula1”in son çempionu Sebastyan Fettel isə siyahıda 27-ci yeri tutub.
“İlk 50-likdə” “F-1” aləmindən Daniil Kvyat və Sauberin test pilotu Simona de Silvestro da yer alıb.
Aygün İlqarqızı