19 Aprel 2015 20:37
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mövsümün sonunda Yurgen Kloppla yolları ayıracaq Dortmund “Borussiya”sının yeni baş məşqçisi bəlli olub.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, yeni mövsümdən komandanı Tomas Tuxel çalışdıracaq.

Artıq onunla üç illik müqavilə imzalanacağı dəqiqdir. 41 yaşlı mütəxəssis iyulun 1-dən “Borussiya”da fəaliyyətə başlayacaq.

Qeyd edək ki, T.Tuxel 2009-2014-cü illər “Maynt”sı çalışdırıb.


Müəllif: