Rusiya Premyer Liqasının 24-cü turunda keçirilən “Rubin” - “Ural” matçında faciə yaşanıb.
Qol.Az-ın xəbərinə görə, fasilə zamanı meydan sahiblərinin 17 yaşlı azarkeşinin halı pisləşib və huşunu itirib.
Dərhal xəstəxanaya çatdırılan İlham Xarisovun həyatını xilas etmək mümkün olmayıb. Onun ölüm səbəbi bilinmir.