21 Aprel 2015 14:21
1 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreyanın paytaxtı Seulda yerləşən memarlıq studiyası 2018-ci ildə keçiriləcək Olimpiya oyunlarının qonaqları üçün hazırladığı otel layihəsini təqdim edib.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, koreyalı memarların təsəvvüründə Olimpiada qonaqlarını qəbul edən otel 8 rəqəmini və ya sonsuzluq işarəsini xatırlatmalıdır. Layihə ümumi ərazisi 29 493 kvadrat metr təşkil edən 946 nömrəni özünə daxil edir. Memarların düşüncəsinə görə, stadion yaxın məsafədən xanoku - ənənəvi Koreya evini xatırlatmalıdır. Aşağı mərtəbələrdə işıq diodları mediafasad yaradır. Otelin içərisində isə restoran və ticarət nöqtələrinin açılması planlaşdırılır. Tikintinin əsas mərhələləri 2016-cı ilə təyin edilib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər