21 Aprel 2015 18:17
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona"nın forvardı Luis Suares PSJ ilə görüşdən öncə mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

Teleqraf.com xəbər verir ki, uruqvaylı hücumçu "Barselona", hədəfləri, Batistutaya olan sevgisi və PSJ ilə oynanılacaq matç haqqında fikirlərini jurnalistlərlə bölüşüb:

"Komandada işlər qaydasındadı. Önəmli olan belə davam etmək və mövsümü major notlarla bitirməkdi. Hədəfimiz budu.

Komanda yoldaşlarımla olanda özümü yaxşı hiss edirəm. Hamı kimi əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Nə qol vuranda dünyanın ən yaxşısı olduğumu düşünürəm, nə də səhv edəndə pis olduğumu...

Çempionlar Liqasının bombardiri olmaq barədə fikirləşmirəm. Hədəflərim ilk olaraq yarımfinal, daha sonra isə finala yüksəlməkdən ibarətdi. Əvvəllər Çempionlar Liqasında "Barselona" forması ilə meydana çıxmağı xəyal edərdim. İndi bu anlardan zövq alıram.

Həmişə Batistutanı özümə örnək almışam. Çox fərqli 9 nömrələrdən idi. Hücumun hər tərəfində oynaya bilirdi. Ona heyran idim. Ancaq bir uruqvaylı olaraq Enzo Franseskolidən çox şey öyrənmişəm.

Yarımfinala çıxmaq üçün yaxşı oynamalıyıq. PSJ ilə görüşdə favorit deyilik".

Rüstəm


Müəllif:

Oxşar xəbərlər