22 Aprel 2015 09:13
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasında 1/4 finalın cavab oyunları keçirilib.

Baş tutan 2 qarşılaşmadan sonra ilk iki yarımfinalçı müəyyənləşib.

Səfərdə PSJ-ni məğlub edən "Barselona" rəqibini doğma azarkeşləri önündə qəbul edib. "Barselona" Neymarın vurduğu iki qolla (14,24) yarımfinala yüksəlib.

Digər oyunda "Bavariya" evdə "Portu"nu sınağa çəkib. Səfərdə gözlənilmədən rəqibinə 1:3 hesabı ilə uduzan Münhen təmsilçisi həmin məğlubiyyətin əvəzini yetərincə çıxıb. Bu oyunda almanlar "Portu"ya futbol dərsi keçib və hokkey hesabı qeydə alınıb (6:1).

Qeyd edək ki, digər iki yarımfinalçı bu gün keçiriləcək iki oyundan sonra müəyyənləşəcək./trend/


Müəllif:

Oxşar xəbərlər