20 May 2014 22:59
699

Türkiyənin “Fənərbaxça” klubunun məşhur futbolçusu Əmrə Bəlözoğlu həyat yoldaşı və oğlu ilə istirahətdə ikən qəflətən hücuma məruz qalıb.

Teleqraf.com xəbər verir ki, futbolçunun istirahəti zəhərə çevrilib. Çeşmə şəhərində ailəsi ilə birgə dincələn Əmrə küçədə gəzərkən bir gənc ona söyüş söyməyə başlayıb. Gəncin təhqiramiz sözlərindən qəzəblənən futbolçu onun cavabını verib. Ətrafdakı insanlar tərəfləri ayırıblar. Əmrə ona qarşı hörmətsizlik edildiyini söyləyib:

“İnsanlar hansısa komandaya rəğbət bəsləyə bilər, amma rəqiblərinə hörmət etməlidirlər. Yanımda həyat yoldaşım var ikən söyüş söyülməsi etikaya ziddir. Mən buna layiq deyiləm axı”.

Kəmalə


Müəllif: