22 Aprel 2015 10:27
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Vest Hem"də icarə əsasında çıxış edən "Barselona"nın yarımmüdafiəçisi Aleks Sonq karyerasını İtaliyada davam etdirə bilər.

Teleqraf.com-un "Daily Mirror"a istinadən məlumatına görə, "İnter"in baş məşqçisi Roberto Mançini onu komandasında görmək istəyir. Daha öncə "neradzurrilər"in Sonqu icarəyə götürmək istədiyi bildirilirdi. Ancaq italiyalı mütəxəssis yarımmüdafiəçinin müqavilə haqlarını ələ keçirmək istəyir. Artıq danışıqlara start verilib.

"İnter" eyni zamanda "Barselona"nın forvardı Pedro Rodriqeslə də danışıqları davam etdirir.

Rüstəm


Müəllif: