"Porto"nun futbolçuları - Yasin Brahimi və Aleks Sandro "Mançester Siti"nin maraq dairəsinə düşüblər.
Teleqraf.com xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
"Şəhərlilər"in idman direktoru Çiki Beqiristayn hər iki futbolçunun oyununu izləmək üçün Münhenə səfər edib.
"Mançester Siti"nin lazım olan sərbəst qalma məbləğini ödəyərək Brahimi və Aleks Sandronu transfer edəcəyi gözlənilir.
Rüstəm