24 Aprel 2015 12:59
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dortmund "Borussiya"sının yarımmüdafiəçisi İlkay Gündoğan böyük ehtimalla mövsümün sonunda komandanı tərk edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə "Eurosport" məlumat yayıb. Artıq "Arsenal" da Almaniya millisinin üzvünə elçi düşüb. Mikel Artetanın çıxışından narazı qalan Arsen Venger axtardığını "Borussiya"da tapıb.

İlkay uğrunda gedən mübarizədə London klubunun əsas rəqibi "Mançester Yunayted"di.

Dortmund klubunun rəhbərliyi 2016-cı ildə müqaviləsi bitən yarımmüdafiəçinin növbəti mövsümün sonunda komandanı azad agent kimi tərk etməsinin əleyhinədi. Bu səbəbdən də Gündoğanın karyerasını İngiltərədə davam etdirəcəyi gözlənilir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər