Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılacaq.
Teleqraf.com xəbər verir ki, Avropanın 4 ən güclü klubunun diqqəti İsveçrənin Nyon şəhərinə yönələcək.
Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə yarımfinal mərhələsinin cütlükləri müəyyənləşəcək.
İspaniyanın “Real” və “Barselona”, Almaniyanın “Bavariya” və İtaliyanın “Yuventus” klubları final yolundakı son rəqibini tanıyacaq.
Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları 5-6 may, cavab qarşılaşmaları isə 12-13 mayda keçiriləcək.
Final qarşılaşması isə iyunun 6-da Berlindəki "Olimpiya" stadionunda baş tutacaq.
Yarımfinal mərhələsinin iştirakçıları:
"Real" (Madrid, İspaniya)
"Barselona" (İspaniya)
"Bavariya" (Almaniya)
"Yuventus" (İtaliya)
Rüstəm