24 Aprel 2015 15:02
501

"Real"da icarə əsasında çıxış edən "Mançester Yunayted"in forvardı Xavyer Ernandes mövsümün sonunda ingilis klubunu tərk edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Meksikalı hücumçu Lui Van Qalın planlarına daxil deyil.

"Qırmızı şeytanlar" hücumçuya görə 7 milyon funt tələb edir.

"Real" da Çiçaritonun xidmətində maraqlı deyil. Yəni, Ernandesin Madrid klubunda qalmayacağını əminliklə demək olar.

Moskva "Dinamo"su, "Vest Hem", "Valensiya" və "Sauthempton" forvardı transfer etməyə çalışırlar.

Rüstəm


Müəllif: