24 Aprel 2015 20:34
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Madridin “Real” klubunun hücumçusu Kriştianu Ronaldu vurduğu topun təsadüfən dəydiyi oğlana öz futbol köynəyini bağışlayıb.

Hadisə Çempionlar Liqasının1/4 final mərhələsində “Atletiko” klubuna qarşı cavab qarşılaşması öncəsi keçirilən məşq zamanı baş verib. Portuqaliyalı futbolçu cərimə zərbələrini məşq edərkən top tribunada oturan gənc azarkeşin başına dəyib. Həkimlər dərhal oğlanı müayinə edib və onun xəsarət almadığını müəyyənləşdiriblər.

Məşqlərdən sonra Ronaldu ağlayan oğlana yaxınlaşaraq tribunaların alqışları altında özünün məşq köynəyini ona bağışlayıb.

Maraqlıdır ki, 2013-cü ilin yayında “Real” klubu ilə İngiltərənin “Burnemut” komandası arasında keçirilən yoldaşlıq görüşü zamanı da bu futbolçunun güclü zərbəsi nəticəsində top 9 yaşlı ingilis azarkeşi Çarli Silverdə dəyərək onun qolunu sındırmışdı. O vaxt “Real” klubunun bütün oyunçuları Ronaldunun zərərçəkənə şəxsən hədiyyə etdiyi futbol köynəyinin üzərinə öz imzalarını atmışdılar.


Müəllif:

Oxşar xəbərlər