25 Aprel 2015 09:35
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Xəzər Lənkəran"ın yayda yenidən heyətini gücləndirəcəyi və növbəti mövsümdən iddialı yerlər uğrunda mübarizə aparacağı haqda məlumat vermişdik. Lakin son günlərdə UEFA-nın cənub təmsilçisinə transfer qadağası qoyduğu üçün bu xəyalların suya düşdüyü kimi görsənirdi.

Artıq klub rəhbərliyi buna da çarə tapıb.

Klubdan Sportal.az-a verilən məlumata görə, bu qadağa qış və yay transfer pəncərələrini əhatə edir. Məhz ona görə, klub azad agent statuslu futbolçular taparaq transfer pəncərəsi başa çatdıqdan sonra həmin futbolçularla rəsmi müqavilə imzalayacaq.

Qeyd edək ki, əsasnaməyə görə, transfer pəncərəsi bağlandıqdan sonra klub istənilən sayda sərbəst transfer hüququna malik olan futbolçuları heyətinə qata bilər.


Müəllif: