"Barselona" Çempionlar Liqasının yarımfinalında "Bavariya" ilə qarşılaşacaq.
Teleqraf.com-un məlumatına görə, katalon klubunun baş məşqçisi Luis Enrike püşkatmanın nəticəsini dəyərləndirib:
"Həm mən, həm də Qvardiola üçün xüsusi matçlar olacaq.
Bu iki oyun bütün "Barselona" azarkeşləri üçün əhəmiyyətlidi. Biz qabağımıza məqsəd qoymuşuq: həm evdə, həm də səfərdə "Bavariya"nı məğlub etməliyik".
"Barselona" - "Bavariya" matçı mayın 6-da Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Rüstəm