26 Aprel 2015 01:41
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vilayət mərkəzi həmkarlar ittifaqlarının Mərkəzi stadionunda boks üzrə 1997-1998-ci illərdə anadan olmuş gənclər arasında Murmansk birinciliyi uğrunda açıq turnir və 2001-2004-cü ildə anadan olmuş gənclər arasında vilayət turniri keçirilib. Yarışlarda Kola yarımadasının Zapolyarye ərazisindəki şəhərlərin gənc və böyük boksçuları, habelə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindən və Kareliyadan gəlmiş qonaqlar – cəmi 90 nəfər iştirak edib.

70 kiloqramadək çəki dərəcəsində məşqçi Andreyan Nardayevin yetirməsi Danil Dryaxlitsın əla nəticə göstərib, finalda onunla eyni klubdan olan Kiril Çuprinenkoya qalib gəlib. Danil Dryaxlitsın evə “qızıl”, Kiril isə “gümüş” medallarla qayıdıblar. İkinci yerləri öz çəki dərəcələrində Cəbrayıl Məhmətov (44 kq), Andrey Çirkov (52 kq) tutublar. Turnirin “bürünc” medallarını Danil Kolesnik (52 kq), Aleksandr Sergeyev (36 kq), Sergey Litvinenko (40 kq) və həmvətənimiz İslam Qasımov (42 kq) qazanıblar. Gənclərin hamısının məşqçisi Andrian Nardayevdir.

Bu barədə AZƏRTAC-a “Ümumrusiya Azərbaycan Konqresi” (ÜAK) ictimai təşkilatının Murmansk regional bölməsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürov məlumat verib. 1997-1998-ci illərdə anadan olmuş gənclər arasında Murmansk açıq birinciliyi yarışlarında şimal dənizi donanması paytaxtını 20 gənc təmsil edib və iki nəfər gümüş medal qazanıb. Bu medalların sahibləri məşqçilər Andreyan Nardayevin və Sergey Popovun yetirmələri olan həmvətənimiz Fuad Cəfərov (60 kq-dək) və Nikolay Kozlovdur (69 kq).


Müəllif:

Oxşar xəbərlər