26 Aprel 2015 01:55
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ikinci Vüqar Həşimov Memorialının sonuncudan əvvəlki, səkkizinci turu başa çatıb.
Teleqraf.com xəbər verir ki, səkkizinci turda turnirin autsayderi ingilis Maykl Adams holland Aniş Giriyə, keçmiş dünya çempionu Vladimir Kramnik Fransa qrossmeysteri Maksim Vaşye-Laqrava, Hindistan şahmatçısı Vişvanatan Anand Azərbaycan nümayəndəsi Şəhriyar Məmmədyarova qalib gəliblər. Uesli So- Maqnus Karlsen, Rauf Məmmədov - Fabiano Karuana partiyaları heç-heçə başa çatıb.

8-ci turdan sonra iştirakçıların vəziyyəti belədir: Karlsen- 6, Anand – 5,5, Karuana, So – hərəsi 4,5, Kramnik, Məmmədov, Məmmədyarov – hərəsi 3,5, Adams, Vaşye-Laqrav, Giri – hərəsi 3 xal.

Sabah doqquzuncu, yekun turdur. Aşağıdakı cütlüklər qarşılaşacaq: Maqnus Karlsen - Rauf Məmmədov, Fabiano Karuana - Vişvanatan Anand, Maksim Vaşye-Laqrav - Uesli So, Şəhriyar Məmmədyarov - Maykl Adams, Aniş Giri - Vladimir Kramnik.


Müəllif: