Sloveniya Milli Olimpiya Komitəsi “Bakı-2015” ilk Avropa Oyunlarında iştirak edəcək 81 güclü idmançıdan ibarət komandanı müəyyənləşdirib.
Sloveniyanın 12 üzgüçüsü hələ bəlli olmadığı üçün bu idmançılardan 69-nun adı açıqlanıb.
Sloveniyanı ilk Avropa Oyunlarında 43 kişi və 38 qadın idmançı təmsil edəcək. Sloveniya komandası məşqçi və nümayəndə heyəti də daxil olmaqla, 136 üzvdən ibarət olacaq. Komandaya keçmiş gimnast Aljaz Pegan rəhbərlik edəcək.
Sloveniyalı idmançılar kamandan oxatma, badminton, basketbol (3x3), boks, avarçəkmə,
velosiped, bədii gimnastika, cüdo, karate, sambo, atıcılıq, stolüstü tennis, taekvondo, triatlon və güləş yarışalrında mübarizə aparacaqlar.
“Bakı-2015”də yarışacaq 12 sloveniyalı üzgüçü aprelin 26-da müəyyənləşəcək.