“Neftçi”nin futbolçusu Nikolas Kanales Premyer Liqanın 31-ci turunda “Qarabağ”a məğlub oduqları oyundan (2:3) sonra jurnalistlərə müsahibə verib.
Qol.Az-ın məlumatına görə, məğlubiyyəti şərh edən çilili forvard digər sualları da cavablandırıb
- “Neftçi” iki top buraxdıqdan sonra dönüş yaratmağa çalışdı və bərabərliyi bərpa edə bildi. Ümumiyyətlə, komandanız kubok oyununu da nəzərə alsaq, son üç görüdə qapısıdan səkkiz qol buraxıb.
- Biz 2:0 hesabına reaksiya göstərdik. Halbuki, bundan öncə reaksiya göstərməliydik.
- Bir müddət əvvəl “Qəbələ”dən təxminən 10 xal irəlidə idiniz. Amma bu gün (dünən-red.) hər iki komandanın xalı eynidir. İkinci pillə uğrunda mübarizə aparacağı gözlənilən “Neftçi”nin bürünc medalı da əldən vermək təhlükəsi var? Bu uğursuzluq nə ilə bağlıdı?
- Hələ qarşıda 4 tur var. Bu qarşılaşmalarda bizə yetərincə xal qazana bilərik. Ona görə də bu oyunu unudub, növbəti qarşılaşma haqda düşünmək lazımdır.
- Ölkə kubokunun finalında da “Qarabağ”la qarşılaşacaqsınız. Bu cür oyunla qələbə qazanmaq olacaqmı?
- Bugünkü kimi oynasaq, əlbəttə, yox. Amma “Qarabağ”a qalib gələ bilərik.
- Son oyunlarda ardıcıl qollar vurursan. İlk dövrələrdə isə heç nə ilə yadda qalmırdın.
- Yayda komandaya gələndə fiziki baxımdan hazır deyildim. Bildiyiniz kimi, altı ay futbol oynamamışdım. Fiziki cəhətdən zəif idim. Tədricən formamı yığıram. Qış fasiləsəindəki toplanışında da xeyri çox oldu.
-“Neftçi” ilə müqavilən başa çatır. Başqa klublardan təklif almısan?
- Azərbaycandan yox, başqa ölkələrdən təklif gəlib.