“Çelsi”nin baş məşqçisi Joze Mourinyo futbolçusu Eden Hazardın “Real”ın hədəfində olması xəbərinə münasibət bildirib.
Teleqraf.com "The Telegraph"a istinadən xəbərinə görə, portuqaliyalı mütəxəssis maraqlı açıqlaması ilə diqqət çəkib:
"Hazardın "Real"a gedəcəyinə görə narahat deyiləm. Əgər almaq istəsələr bunu ilk bilən mən olacam. Çünki "Real" rəhbərliyi ilə münasibətim elədi ki, arxamdan iş çevirəcəklərini güman etmirəm.
Əgər Hazardı istəyirlərsə, mənə zəng edib xəbər verməlidilər. Florentino Peres və vitse prezident Sançeslə münasibətim belədi.
Onun qiyməti isə belədi: 100 milyon funt və "Real"ın 3 güclü futbolçusundan biri... Hazardın hər bir ayağına görə 100 milyon ödəmək lazımdı. Çünki Hazard hələ çox gəncdi".
Rüstəm