Azərbaycan Prezidenti İlham Əliyev dünən Bakıda Atəşgah məbədindən götürdüyü alovu ilk məşəlçiyə verdikdən sonra alovun ölkəmizin 60 regionuna 48 günlük səyahətinə start verilib.
Teleqraf.com-un məlumatına görə, alovun Naxçıvana səyahəti münasibətilə Naxçıvan şəhərində təşkil olunacaq festivalın böyük təmtəraqla keçəcəyi gözlənilir. İlk olaraq, məşəllə qaçacaq Polad Əliyevin ardınca müvafiq ardıcıllıqla Əfqan Qurbanov, İbrahim Musayev, Kənan Əsədov, Sahil Rüsanov, Tural Gözəlov, Fəridə Hənifəyeva, Səkinə İbrahimova, Gülxanım Cəlilova, Xanım Xudadanova alovu ümumilikdə 4.1 məsafədə aparacaqlar.
Qeyd edək ki, son illər Naxçıvanın idman həyatı bir sıra beynəlxalq tədbirlərlə zəngin olub. 2003-cü ildə Naxçıvan şəhərində gənclər arasında şahmat üzrə dünya çempionatı keçirilib. Burada həmçinin, usta şahmatçılar arasında ənənəvi “Naxçıvan Open” beynəlxalq turniri və hər il gənc sərbəst güləşçilərin “Naxçıvan kuboku” uğrunda beynəlxalq komanda yarışı təşkil olunur.
Nərgiz