28 Aprel 2015 13:30
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mövsümün sonuna kimi "Real"la icarə müqaviləsi olan "Mançester Yunayted"in forvardı Xavyer Ernandes karyerasını elə Madrid klubunda davam etdirə bilər.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, La Liqa nəhəngi meksikalı forvardla yoluna davam etmək istəyirsə, bu ayın sonuna kimi futbolçunun transfer haqlarına sahib olmalıdı.

"Real"la "Mançester Yunayted" arasındakı mövcud razılaşmaya əsasən, məsələ növbəti aylara qalsa, transferin rəsmiləşdirilməsi qüvvədən düşəcək.

"El Confidencial" futbolçunun dəyərinin 20 milyon avro olduğunu deyir, AS qəzeti isə 10 milyon avro olduğunu bildirir.

Qeyd edək ki, Çiçarito ləqəbli futbolçu bu mövsüm 18 matçda meydana çıxıb, 6 dəfə fərqlənib.

Rüstəm


Müəllif: