28 Aprel 2015 16:35
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

PSJ-nin prezidenti Nasser Əl-Helaifi Edinson Kavani haqqında danışıb.

Teleqraf.com xəbər verir ki, onun sözlərinə görə, uruqvaylı futbolçu gələn mövsüm də Paris klubunun formasını geyinəcək:

"Hələlik Kavani ilə danışıqlara başlamamışıq. Ancaq o, gəncdi və klubumuzun gələcəyidi. Ona daha çox inanmalıyıq. Son matçda nəyə qadir olduğunu göstərdi. Kavani gələn mövsüm də burada qalacaq.

Ona görə 50 milyon avro təklif etsələr? Mən o təklifə baxmayacam".

Son zamanlarda Edinson Kavaninin adı tez-tez "Mançester Yunayted"lə birgə hallanırdı.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər