29 Aprel 2015 00:13
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azarkeşlər "Fənərbaxça" futbol klubunun avtobusuna yenidən hücüm ediblər.

Teleqraf.com-un məlumatına görə, hadisə "Bursaspor"a qarşı Türkiyə Kubokunun yarımfinal matçından əvvəl olub.

Təxminən 30 nəfərə yaxın insan komandanın avtobusunu daşa basıb. Futbolçulardan heç kəs zərər çəkməyib.

Qeyd edək ki, aprel ayında İstanbul klubunun avtobusu atəşə tutulmuşdu. Xatırladaq ki, "Fənərbaxça" klubu yeni avtobus almaq barədə qərar verib. Yeni avtobus zirehli olacaq.

Nihad


Müəllif:

Oxşar xəbərlər