29 Aprel 2015 11:25
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real"ın əvəzedicilərdən ibarət komandası - "Kastilya"nın yarımmüdafiəçisi Martin Edeqor sabah "Almeriya" ilə oynanılacaq görüşdə Madrid klubunun əsas heyətində debüt matçına çıxa bilər.

Teleqraf.com-un "Goal"a istinadən xəbərinə görə, Karlo Ancelotti onun adını sabahkı matçın iştirak ərizəsinə daxil edib.

16 yaşlı futbolçu "Stremqodset"dən "Real"a transfer olunmuşdu. Onun illik məvacibi 2,25 milyon avro təşkil edir. Lakin bu məbləğ 6,8 milyon avroya qədər qaldırıla bilər.

"Real" - "Almeriya" matçı sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Rüstəm


Müəllif: