1 May 2015 20:48
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

La Liqa nəhəngi ötən ayın sonuna kimi futbolçunun transfer haqlarına sahib olmalı idi.

Teleqraf.com xəbər verir ki, bu barədə AS qəzeti məlumat yayıb. Meksikalı forvardın son oyunlarındakı uğurlu çıxışı Madrid klubu rəhbərliyinin fikrini dəyişib.

"Real" Çiçarito ləqəbli futbolçunu birdəfəlik almağı planlaşdırır. La Liqa nəhəngi ötən ayın sonuna kimi futbolçunun transfer haqlarına sahib olmalı idi.

Çünki "Real"la "Mançester Yunayted" arasındakı mövcud razılaşmaya əsasən, məsələ növbəti aylara qalsa, transferin rəsmiləşdirilməsi qüvvədən düşəcəkdi.

İspaniyalı jurnalist Gilyem Balaqe "Real"ın Ernandesi almadığını yazıb: "Madridlilər Çiçaritonun müqaviləsindəki bəndi aktivləşdirmədilər. Həmin bəndin müddəti dünən gecə bitdi".

Ancaq yeni yayılan xəbərə görə, "Real" transferin mövsümün sonunda həll olunması üçün "qırmızı şeytanlar"a xahiş ünvanlayıb.

"Real" Xavyeri almaq üçün 22,5 milyon avro ödəməli olacaq.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər