3 May 2015 08:40
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiyanın Raçitse şəhərində kayak və kanoe üzrə Avropa çempionatı davam edir.

Teleqraf.com Azərtac-a istinadən xəbər verir ki, yarışın ilk günündə Azərbaycan təmsilçiləri də mübarizə aparıblar.

Kayak üzrə Olimpiya çempionu İnna Osipenko-Radomskaya əsas finala vəsiqə qazanıb. İnnanın qadınlar arasında birnəfərlik qayıqla (K-1) 500 metr məsafəyə seçmə yürüşdə ilk rəqibləri Zoya Manayeva (Moldova), İrene Burqo (İtaliya), Rebeka Saymon (Böyük Britaniya), Flora Nagi (Macarıstan), Yelena Teryoxova (Rusiya), Svetlana Rımkeviç (Ukrayna), Volqa Xudjenko (Belarus), Mira Larsen (Norveç) olub. Finişə 1 dəqiqə 55,708 saniyəyə çatan kayakçımız yalnız V.Xudjenkodan 3,076 saniyə geri qalaraq ikinci yeri tutub. Nəticədə belaruslu idmançı birbaşa əsas finala yüksəlib. Osipenko-Radomskaya Teryoxova (01:55.752), Saymon (01:56.528), Rımkeviç (01:56.660), Larsen (01:56.788) və Burqo (01:57.088) ilə birgə yarımfinala çıxıb.

Yarımfinal mərhələsində isə kayakçımız finişə 1 dəqiqə 52,108 saniyəyə çataraq, serbiyalı Nikolina Moldovan (01:50.820) və italiyalı İrene Burqo (01:51.908) ilə birgə əsas finala yüksəlib. Həlledici mərhələnin yürüşü mayın 3-də Bakı vaxtı ilə saat 12:05-də olacaq.

Osipenko-Radomskaya medallar uğrunda Svetlana Rımkeviç (Ukrayna), İrene Burqo (İtaliya), Sara Quyo (Fransa), Frantsiska Veber (Almaniya), Volqa Xudjenko (Belarus), Yevelina Vojnarovska (Polşa), Nikolina Moldovan (Serbiya) və Tereza Portela (Portuqaliya) ilə mübarizə aparacaq.


Müəllif:

Oxşar xəbərlər