3 May 2015 11:19
1 251
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya şöhrətli boksçu Mayk Tayson onunla “şelfi” çəkdirmək istəyən azarkeşi dirsəyi ilə itələyib.

Hadisə məşhur boksçular, amerikalı Flod Meyvezer və filippinli Menni Pakyao arasında keçiriləcək döyüşdən əvvəl boksçuların çəki mərasimi zamanı baş verib.

Tayson tamaşaçı lojasından mərasimi izləyərkən arxadan yaxınlaşan azarkeş əlini Taysonun çiyinə qoyub və onunla “şelfi” çəkdirmək istəyib. Amma Tayson buna imkan verməyib və azarkeşi dirsəyi ilə sinəsindən vurub.


Qeyd edək ki, döyüş bu gün Las-Veqasda Bakı vaxtı ilə saat 8:00-da keçirilib./publika.az/


Müəllif: