Almaniya Bundesliqasının ardından İtaliya A seriyasında da 2014/15 mövsümünün qalibi müəyyənləşib.
Teleqraf.com xəbər verir ki, "Yuventus" sona 4 tur qalmış çempionluğunu elan edib.
Turin klubu 34-cü turda "Sampdoriya"nın qonağı olub. Oyun "Yuventus"un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna 32-ci dəqiqədə Arturo Vidal imza atıb.
Bu qələbə sayəsində хal hesabını 79-a yüksəldən "Yuventus" rəqibləri üçün əlçatmaz olub və çempionluğunu rəsmiləşdirib. Bir oyun əskik keçirən "Latsio" Turin klubundan 17 хal geri qalır ki, qarşıdakı 5 oyunda onların bu fərqi aradan qaldırması mümkün deyil.
Qeyd edək ki, "Yuventus" ardıcıl 4-cü dəfə A seriyasının qalibi olub. Turin klubu ümumilikdə 33 dəfə İtaliya çempionatının qızıl medallarını qazanıb.