3 May 2015 23:07
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Xaçmaz Olimpiya İdman Kompleksində 5 ölkədən 80-dən çox idmançının iştirak etdiyi üzgüçülük üzrə beynəlxalq turnirə start verilib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, turnirə Gürcüstandan 20, Qazaxıstandan 10, Qırğızıstandan 10, Rusiyadan 4 üzgüçü qatılıb. Azərbaycandan isə medallar uğrunda 38 idmançı mübarizə aparır. Onlardan 12-i ölkəmizi birinci Avropa Oyunlarında təmsil edəcək.

Beynəlxlaq turnirdə 1997-1998-ci il təvəllüdlü və daha kiçik yaş qrupları üzrə idmançılar yarışırlar.

Ümumilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar təşkil olunan turnir mayın 6-da yekunlaşaq.


Müəllif:

Oxşar xəbərlər