Türk əsilli alman yarımmüdafiəçini həmçinin "Mançester Yunayted" və "Yuventus" da heyətində görmək istəyir.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, "Bavariya" Dortmund "Borussiya"sının futbolçusu İlkay Gündoğanın transferində israr edir. Türk əsilli alman yarımmüdafiəçini həmçinin "Mançester Yunayted" və "Yuventus" da heyətində görmək istəyir.
"Bild"in verdiyi xəbərə görə, Münhen klubu 24 yaşlı İlkayı transfer etmək üçün öz yarımmüdafiəçisi Mario Qötseni qarşı tərəfə təklif edə bilər. Qötse daha öncə məhz Dortmund klubunun uğurları üçün tər tökürdü.
Bu mövsüm Almaniya Bundesliqasında 29 oyunda iştirak edən Qötse 9 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Rüstəm