Əfsanəvi argentinalı futbolçu Diego Maradona FİFA prezidenti Sepp Blatteri bir daha tənqid edib və federasiyada tam xaos hökm sürdüyünü deyib.
O bunu mayın 4-də İordaniyada Asiya Futbol Formunun aparıcısına müsahibəsində deyib: “Bütün futbol dünyası bilir ki, FİFA-da tam anarxiyadır və Blatter bu barədə heç nə bilmir.
Ona görə də artıq dəyişiklik vaxtıdır və hətta həmkarlarıona getməyi msləhət görməlidirlər”. Maradona bildirib ki, Blatter FİFA-ya rəhbərliyi dövründə futbola çox ziyan vurub.
Ona görə də o kənara çəkilməli, zəifləmiş və korrupsiyalaşmış futbolu bərpa etmk üçün bizə imkan yaratmalıdır.
O qeyd edib ki, Blatter getməkdən, bir tikə piroqunu itirməkdən qorxur və bu 4 çemionat oynayan bir oyunçu kimi məni qıcıqlandırır. Maradona bildirib ki, ona görə də o FİFA prezidentliyinə seçkilərdə İordaniya kralı Ali bin al Husseinin namizədliyini dəstəkləyəcək.
Seçki mayın 29-da FİFA-nın İsveçrənin Surix şəhərində keçiriləcək toplantısında baş tutacaq. Prezidentlik uğrunda Kral Husseinlə yanaşı Niderland Futbol İttifaqının rəhbəri Michael Van Praag və keçmiş portuqaliyalı futbolçu Luis Figo da mübarizə aparacaq.