6 May 2015 16:22
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Tour d’Azerbaidjan-2015” veloyürüşün birinci mərhələsi artıq başa çatıb.

Teleqraf.com-un məlumatına görə, birinci mərhələnin qalibi adını “Adria Mobil” klubunun üzvü Marko Kump qazanıb. Bununla da göy köynəyi əldə edən idmançıya mükafatı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov təqdim edib.

İkinci yeri İtaliyanın "Androni Giocattoli" komandasının təmsilçisi Françesko Kikki tutub. Mükafatı ona veloyürüşün Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov verib.

Üçüncü yerdə qərarlaşan “Sinegy Baku”nun üzvü Maksim Averinə isə mükafat atası Aleksandr Averin tərəfindən təqdim olunub.

Birinci mərhələnin dağ hissəsində “Synegy Baku”nun üzvü Elçin Əsədov qalib gəlib. Velosipedçimiz bu nəticəyə görə qırmızı köynəyə sahib olub.

Ən gənc velosipedçinin təltif edildiyi bənövşəyi köynək isə “Minsk” klubunun təmsilçisi Vladimir Xaraxavikə verilib.


Müəllif: