8 May 2015 18:39
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunis Hüseynov yenidən “Xəzər Lənkəran” klubunun baş məşqçisi təyin olunub.

Bu gün Premyer Liqada “Qarabağ”la oyuna Cənub təmsilçisini baş məşqçi qismində Y.Hüseynov çıxaracaq.

Qeyd edək ki, artıq Peşəkar Futbol Liqasının saytında yerləşdirilən “Xəzər Lənkəran” – “Qarabağ” oyunun rəsmi protokolunda Y.Hüseynov baş məşqçi kimi göstərilib.

Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Qol.Az-a bildirib ki, Elbrus Məmmədovun məşqçilik lisenziyasının vaxtı bitdiyi üçün Y.Hüseynov 4 oyunluq - bu mövsümün sonuna kimi baş məşqçi təyin olunub.


Müəllif:

Oxşar xəbərlər