22 May 2014 11:12
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA 2011-ci ildə Tükiyədəki oyun “alqı-satqı”sında iştirak edən daha iki klubu ifşa edib. Bunlar Avroliqaya vəsiqə qazanan “Əskişəhərspor” və “Sivasspor” klublarıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə ali qurumun rəsmi saytı məlumat yayıb.

UEFA-nın qərarına görə, hər iki kluba oyun “alqı-satqı”sı iddiası ilə intizam sorğusu başlanılıb.

İstintaqın nəticəsi iyunun 2-3-də Avropa Futbol Evində açıqlanacaq. Əgər ittiham təsdiqini taparsa “Əskişəhərspor” və “Sivasspor” klubları avroliqadan uzaqlaşdırıla bilər.

Aygün İlqarqızı


Müəllif: