İspaniya La Liqasının növbətu turun bu gün "Valensiya" ilə üz-üzə gələcək "Real" şad xəbər alıb.
Teleqraf.com xəbər verir ki, bir müddətdi zədədən əziyyət çəkən Kərim Benzema artıq sıraya dönüb.
Fransız futbolçu "yarasalar"a qarşı oynamağa hazırdı. Onun Çempionlar Liqasında "Yuventus"la yarımfinal mərhələsinin cavab oyununda da meydana çıxacağı dəqiqdi.
Madrid klubunun baş məşqçisi Karlo Ancelotti təcrübəli forvardla bağlı belə danışıb: "Benzema indi özünü yaxşı hiss edir. Onun ehtiyat oyunçular skamyasında oturmasına heç bir maneə yoxdu".
Benzema aprel ayının ortalarından rəsmi matçlara çıxmırdı.
"Real" - "Valensiya" oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Rüstəm