9 May 2015 17:29
1 276
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA "Beşiktaş" klubunu "Fair Pley" qaydalarına əməl etmədiyi üçün cəzalandırıb.

Publika.az-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytında məlumat verilib.

Bu səbəbdən UEFA İstanbul təmsilçisi 5 milyon 500 min avro məbləğində cərimələnib. Bu məbləğin 1 milyon 500 minini növbəti 3 mövsüm ərzində "Beşiktaş" ödəməlidir. İstanbul təmsilçisi UEFA-nın qoyduğu şərtlərə əməl edəcəyi təqdirdə, geridə qalan 4 milyon avroluq cəza ləğv oluna bilər.

“Beşiktaş" avrokuboklarda 2015/2016 mövsümündə çıxışı zamanı 25 nəfərlik sifariş ərizəsinə 22 oyunçu, 2016/2017 mövsümündə isə 23 futbolçu daxil edə biləcək.


Müəllif:

Oxşar xəbərlər