10 May 2015 00:28
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkiyə Superliqasının 30-cu turunda "Sivaspor" çempionluq uğrunda mübarizə aparan "Fənərbağça"nı qəbul edib.

Trend-in məlumatına görə, oyuna meydan sahibləri fəal başlayıb. 8-ci dəqiqədə Mehdi hesabı açıb. Lakin bir dəqiqə sonra qonaqlar hesabı bərabərləşdirib - Dieqo fərqlənib.

24-cü dəqiqədə Çiçinyo qonaqları məyus edib. "Fənərbağça"nın cavab qolunu 56-cı dəqiqədə Vebo vurub.

87-ci dəqiqədə Mussa Sou son nöqtəni qoyub - 2:3.

Beləliklə, "Fənərbağça" 66 xalla ikinci sıradadır. 67 xallı "Qalatasaray" birincidir.


Müəllif: