22 May 2014 11:48
1 468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Monakoda “Nazionale Piloti” ilə knyaz II Albertin rəhbərlik etdiyi “ulduzlar komandası” arasında keçirilən xeyriyyə matçının iştirakçıları Mixael Şumaxerə dəstək olublar.

Teleqraf.com xəbər verir ki, baş tutan qarşılaşma zamanı elektron tablolarda “Мixael, biz sənin üçün darıxdıq. Gələn il meydanda olmanı istəyirik” yazıları işıqlandırılıb.

Qeyd edək ki, uzun illər idi ki, Şumaxer “Nazionale Piloti” komandasının kapitanı idi. Bu dəfə isə kapitanlıq sarğısı Fernando Alonsonun qolunda olub.

Qarşılaşmada pilotların komandası məğlub olub ( 2:3).

Xatırladaq ki, dağda xizək sürərkən yıxılan və beyni zədələnən “Formula – 1” çempionu Mixael Şumaxer uzun müddət komada qaldı. Hazırda onun durumunda irəliləyiş olduğu bildirilir.

Aygün İlqarqızı


Müəllif: