11 May 2015 09:15
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 10-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçirilən cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turnirinə yekun vurulub.

Yarışın sonuncu günündə 90, 100 və 100 kiloqramdan yuxarı kişi, 78 və 78 kiloqramdan yuxarı qadın cüdoçular tatami üzərinə çıxıblar.

Turnirdə 100 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Elmar Qasımov ABŞ idmançısı Ayaks Tadehara, israilli Peter Paltçiki və portuqaliyalı Jorge Fonsecaya qalib gələrək finala yüksəlib. Həlledici görüşdə rusiyalı cüdoçu Adlan Bisultanova məğlub olan E.Qasımov gümüş medalla kifayətlənib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Maşu Baker (90 kq, Yaponiya), Barna Bor (100 kq-dan yuxarı, Macarıstan), Quusye Stinhuis (78 kq, Hollandiya) və Svetlana Yaromka (78 kq-dan yuxar, Ukrayna) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Əlli ölkədən 383 cüdoçunun mübarizə apardığı turnirdə Azərbaycan millisi ümumlikdə 2 qızıl və 1 gümüş medal qazanıb.


Müəllif:

Oxşar xəbərlər