Bu gün Türkiyə Superliqasının 30-cu turu çərçivəsində "Beşiktaş" "Qaziantepspor"u qəbul edib.
Trend-in məlumatına görə, 7-ci dəqiqədə Sosa hesabı açsa da, qonaqlar 42-ci dəqiqədə tazarlığı bərpa ediblər - 1:1.
İkinci hissə daha gərgin keçib. Çempionluq uğrunda mübarizə aparan İstanbul klubuna hakim də "kömək" edə bilməyib. Ədalət keşikçisi "Beşiktaş"ın 4, "Qaziantep"in isə 7 oyunçusuna sarı kart göstərib. Həmçinin qonaqların heyətində fərqlənən Çibuike 82-ci dəqiqədə ikinci sarı kart - qırmızı vərəqə alaraq meydanı tərk edib.
Beləliklə, "Beşiktaş" 30 oyundan sonra 65 xalla 3-cü sıradadır. "Qalatasaray" 67 xalla 1-ci, "Fənərbağça" isə 66 xalla 2-cidir.