14 May 2015 22:47
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Neftçi” futbolçusu Mirhüseyn Seyidovun müraciətini nəzərə alaraq, onunla bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Bu haqda klubun rəsmi saytı məlumat yayıb.

Klubun bununla bağlı yaydığı açıqlamada deyilir: “Neftçi” PFK yarımmüdafiəçi Mirhüseyn Seyidova azad agent statusu verib. "Neftçi" PFK-nın yetirməsi olduğu və klubdakı nailiyyətləri nəzərə alınaraq, Mirhüseyn Seyidovun formasını itirməməsi üçün mövsümün sonuna kimi əvəzedici komandada məşq etməsinə şərait yaradılıb. Futbolçuya gələcək karyerasında uğurlar arzulayırıq”.

Qeyd edək ki, dünən “Neftçi” hücumçusu Rauf Əliyevlə də müqaviləni ləğv etmişdi.


Müəllif:

Oxşar xəbərlər