15 May 2015 10:39
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daha öncə İspaniya Futbol Federasiyası (RFEF) və İspaniya Futbolçular Birliyinin (AFE) mayın 16-dan etibarən ölkə daxilindəki bütün peşəkar liqalarda matçların dayandırılması qərarına gəldikləri barədə xəbər vermişdik.

Teleqraf.com xəbər verir ki, buna səbəb federasiyanın oyunların canlı yayım hüququ ilə əlaqədar İspaniya hökümətiylə razılığa gəlməməsi idi.

Lakin artıq İspaniya Milli Məhkəməsi məsələ ilə bağlı yekun qərarını açıqlayıb. Məhkəmə RFEF və AFE-nin tələblərini geri çevirib. La Liqada mübarizə qaldığı yerdən davam edəcək.

37-ci turun bütün oyunları mayın 17-də eyni saatda (22:00) başlayacaqlar. Turun mərkəzi matçı "Atletiko" və "Barselona" arasında oynanılacaq.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər