15 May 2015 18:45
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sau Paulo"nun əfsanəvi qapıçısı Rocerio Seni karyerasını başa vuracağı tarixi açıqlayıb.

Qol.Az-ın "Estadio"ya istinadən verdiyi məlumata görə, 42 yaşlı qolkiper bu ilin avqust ayında futboldan gedəcək.

Təcrübəli qapıçı bu barədə qərarını komandasının "Libertadores" kubokunda mübarizəni dayandırmasından sonra verib.

Qeyd edək ki, Seni dünya futbol tarixinin ən məhsuldar qapıçısıdır. Onun aktivində 127 qol var.


Müəllif: