Bu gün Bayıl stadionunda U-17 Liqasında çıxış edən komandaların iştirakı ilə təşkil olunmuş U-17 Kuboku turnirinin final oyunu keçirilib.
Teleqraf.com AFFA-nın saytına istinadən xəbər verir ki, “Qəbələ” və “Bakı” komandaları arasında keçirilmiş qarşılaşma 4:1 hesabı ilə Qəbələ təmsilçisinin xeyrinə başa çatıb.
Oyundan sonra AFFA-nın İcraiyyə Komitəsinin üzvləri İsgəndər Cavadov və Vaqif Sadıqov, həmçinin futbol veteran Rüstəm Rəhimovun iştirakı ilə mükafatlandırma mərasimi keçirilib.
Xatırladaq ki, "Qəbələ" 2014/2015 mövsümündə U-17 liqasının da qalibi olub.