Avropa Liqasının I təsnifat mərhələsində çıxış edəcək 104 komandadan 61-i bəllidi. Apasport.az saytının məlumatına görə, iyunun 22-də keçiriləcək püşk öncəsi komandaların əksəriyyəti səbətlərə bölünüb.
Avropa Liqasına vəsiqə qazanan hər 3 Azərbaycan klubu mübarizəyə məhz I təsnifat mərhələsindən başlayacaq. Bu, ölkə kubokunun qalibinə tətbiq olunan güzəştli qaydanın ləğvindən sonra gerçəkləşib. Bu üzdən yarışa kubokdan qatılan “Neftçi” ötənilki kimi mübarizəyə II deyil, I təsnifat mərhələsindən başlayacaq.
Azərbaycan təmsilçilərindən ikisi – “Neftçi” və “İnter” səpələnmiş 52 klub sırasında olacaq. “Ağ-qaralar”, ümumiyyətlə yarışın 5-ci güclü komandasıdı. Komandamız reytinqinə əsasən, yalnız “Rusenborq” (Norveç), “Elfsborq”, AİK (hər ikisi İsveç), həmçinin adı bilinməyən İngiltərə təmsilçisindən geri qalır. Bu komanda “Fair-Play”ə əsasən yarışa vəsiqə qazanacaq. Paytaxt təmsilçilərindən fərqli, “Qəbələ” səpələnməmişlər sırasındadı.
Ümumiyyətlə, 23 səpələnmiş və 33 səpələnməmiş komandanın adı məlumdu. “Neftçi” və “İnter”in hərəsinin 30 potensial rəqibinin adı bilinir. “Qəbələ” isə digər təmsilçilərimizlə görüşə bilməyəcəyindən 21 potensial rəqibini tanıyır.
Adı bilinən daha 5 klubun hansı səbətdə yer alacağı bilinmir. Bunlardan başqa, səpələnmişlərə 21, səpələnməmişlərə 11 vəsiqə sahibini gözləyir. Daha 11 vəsiqə sahibi isə hansı səbətə düşəcəyini bilmir.
Səpələnmişlər
“Rusenborq”, “Stromsqodset” (hər ikisi Norveç), “Elfsborq”, AİK, “Hötebotq” (hamısı İsveç), “NEFTÇİ” (AZƏRBAYCAN), “Aktobe” (Qazaxıstan), “Qo Ehed İqls” (Hollandiya), “Srvena Zvezda”, “Voyvodina” (hər ikisi Serbiya), “Reykyavik”, “Hafnarfyordur” (hər ikisi İslandiya), “Şemrok Rovers”, “Sent-Patriks” (hər ikisi İrlandiya), “Düdelanj”, “Diffeerdanj” (hər ikisi Lüksemburq), “İNTER” (AZƏRBAYCAN), “Linfild” (Şimali İrlandiya), “Valletta” (Malta), “Rabotniçki” (Makedoniya), “Torpedo” (Belarus), “Aberdin” (Şotlandiya), “HB Torshavn” (Farer adaları), həmçinin Bolqarıstan, Moldova, Bosniya və Herseqovina, Slovakiya, Polşa, Kipr, Danimarka, Xorvatiya hərəsi 2, İngiltərə, Belarus, Rumıniya, Sloveniya, İslandiya hərəsi 1 komanda.
Səpələnməmişlər
“Skonto”, “Yelqava”, “Spartak” (hamısı Latviya), “Vikinqur” (İslandiya), “Odd Qrenland” (Norveç), “Kukesi”, “Şkendiya” (hər ikisi Albaniya), “QƏBƏLƏ” (AZƏRBAYCAN), “Ordabası”, “Kayrat” (hər ikisi Qazaxıstan), “Tiraspol” (Moldova), MTK (Macarıstan), “Şirak”, “Uliss” (hər ikisi Ermənistan), “Qlentoran”, “Qlenavon” (hər ikisi Şimali İrlandiya), “Vaasa” , SJK, “Lahti” (hamısı Finlandiya), “Kalev” (Estoniya), “Sent Culiya”, “Lusitanos” (hər ikisi Andorra), “Vikinqur”, “Runavik” (hər ikisi Farer adaları), “Trakai”, “Kruoja”, “Atlantas (hamısı Litva), “Kork Siti”, UCD (hər ikisi İrlandiya), “Airbus”, “Nyuton”, “Bala Taun” (hamısı Uels), “Baltsan” (Malta), həmçinin San-Marino, Albaniya, Gürcüstan hərəsindən 2, Macarıstan, Monteneqro, Lüksemburq, Ermənistan, Cəbəllütariq hərəsindən 1 komanda
Qeyri-müəyyənlər
“Birkirkara” (Malta), “Vaduts” (Lixtenşteyn), “Çukariçki” (Serbiya), “Flora” (Estoniya), “Ferensvaroş” (Macarıstan), həmçinin Monteneqro və Sloveniyanın hərəsindən 2, Şotlandiya, Bolqarıstan, Bosniya və Herseqovina, Estoniya, Slovakiya, Macarıstan, Gürcüstan hərəsindən 1 komanda